Приветствую Вас, Гость! Регистрация RSS

KlassStyle welcome!

Воскресенье, 19.05.2024
Главная » Файлы » Мои файлы

Zoğalın faydalari!
31.12.2013, 01:21
Zoğal çox qüvvətli bir antioksidantdır. İmmunitet sistemini sürətlə gücləndirir. Xüsusilə qan dövranı sisteminə təsiri böyükdür. İnfarkt riskini azaldır, xərçəng əmələ gətirən radiakkların qarşısını alır. Xərçəngin sürətlə irəliləməsinə mane olur.

Zoğal meyvəsi güclü bir melatonin qaynağıdır. Melatonin gecə ifraz olunar və bu sayədə yuxu yatarıq. Lakin, melatonin kifayət qədər ifraz olunmazsa xərçəng meydana gəlir. Hüceyrə istehsalı sürətlə pozulmağa başlayır.

Yuxu probleminiz varsa və yata bilmirsinizsə yatmadan əvvəl mütləq 1 stəkan zoğal suyu için. Melatonin sürətlə ifraz olunduqca yuxunuz gələcək.

Gündə 1 ovuc qədər zoğal yemək, döş xərçəngi hüceyrələrinin inkişafını dayandırır.

Edilən araşdırmalarda zoğalda brokolidən 5 qat daha çox antioksidant tapılmışdır. Antioksidantlar hüceyrə quruluşumuzu qoruyur. Damarların tıxanmasını önləyərək, ürək xəstəlikləri və iflic kimi narahatlıqlardan qoruyar.
Zoğal, sidik yolu infeksiyalarında məsləhət görülür. Sidik içindəki, turşu miqdarını artıraraq böyrək daşı meydana gəlməsinə mane olur. Üstəlik var olan daşlardan xilas olmağı təmin edər.


Təbii bir antibiotik olan zoğal, mədə xorası kimi xəstəliklərə xeyirlidir. Zoğal temperaturu salar və ishalı dayandırar. Yara və yanıqlarda müalicə edici xüsusiyyəti vardır. Əzilərək yaralara və yanıqların üzərinə qoyulur.


Klimaks dövründə qadınlarda yaranan isti basmalarının qabağına alarr. Depressiya və ruhi xəstəliklərdə köməkçi bir qidadır. Ayrıca şəkər xəstələrinə təklif edilir. Çünki içində şəkər nisbəti aşağıdır.

Категория: Мои файлы | Добавил: sardar01 | Теги: Zoğalın faydalari!
Просмотров: 431 | Загрузок: 0 | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *: