Приветствую Вас, Гость! Регистрация RSS

KlassStyle welcome!

Воскресенье, 19.05.2024
Главная » Файлы » Мои файлы

Saç tökülməsinin qarşısını alan 7 qida!
31.12.2013, 00:03
Daim tökülən saçlarınız sizi narahat edirsə, qida rasionunuza göz gəzdirməyin vaxtıdır. 

1. Quru yemiş: Saçlar sağlamlığı üçün omega 3-ə ehtiyac duyur. Quru yemişdəki omega 3 və sink saçların tölkülməsinin qarşısını alır.

2. Zeytun yağı: E vitamini ilə zəngindi. E vitamini saçları qoruyan və onların qalınlaşmasına kömək edən antioksidantdır. Bununla yanaşı hüceyrələrin sağlam inkişafı üçün xeyirlidir. Cildi nəm və yumşaq saxlayır. Zeytun yağı saç diblərini nəmləndirərək saç qırılmalarına qarşı təsirlidir.

3. Soya: E vitaminiylə zəngin olan digər qida soyadı. Hemoqlabinin yüksəlməsində əhəmiyyətli olan dəmirlə zəngindir. Hemoqlabin kifayət qədər olmadığında qan yaxşı dövr eləmir. Bu halda saçın dibləri də qanla yaxşı qidalanmır və tökülməyə başlayır.

4. Kök: Gözlərə xeyirli olmaqla yanaşı saçlara da xeyirlidir. Tərkibindəki A vitamini sayəsində saçların sağlam və parlaq olmasına kömək edir.

5. Taxıl qidaları: B7 vitaminli taxıl qidaları saçların tökülməsinin qarşısını almağa və gurlaşmasına kömək edir.

6. İspanaq: B9 vitamini saçların sağlamlığı və parlaqlığı üçün lazımlıdır. Yetərincə qəbul etsəniz, faydasını görəcəksiniz.

7. İstiridyə (molyuska): Afriodizyak təsirilə yanaşı sink baxımından da zəngindi. Sinki saçları qoruyan antioksidantdır.

Категория: Мои файлы | Добавил: sardar01 | Теги: Saç tökülməsinin qarşısını alan 7 q
Просмотров: 442 | Загрузок: 0 | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *: