Приветствую Вас, Гость! Регистрация RSS

KlassStyle welcome!

Воскресенье, 19.05.2024
Главная » Файлы » Мои файлы

Ağız qoxusundan qorunmağın 10 üsulu!
31.12.2013, 00:53
Bir çox insanın problemi olan ağız qoxusu, adamın həm özünü həm də ətrafını narahat edən bir vəziyyətdir.

1. Dişlərinizi və diş ətinizi qoruyun: Diş çürükləri və iltihab ağız qoxusunun əhəmiyyətli səbəblərindəndir. Ağız içindəki infeksiya, bakteriya törəməsini artırdığı üçün daim ağız qoxusuna səbəb olar. Bu səbəblə mütləq diş sağlamlığı və baxımına əhəmiyyət verilməlidir.

2. Protezə nəzarət edin: Ağız içindəki köhnəlmiş diş protezleri zamanla qida yığılmasına gətirib çıxararaq pis qoxulara səbəb ola bilər. Bu səbəblə protezə nəzarət etmək; yeniləmək, əskik olan dişlərin yerləri üçün lazımlı müalicələri etdirmək lazımdır.

3. Saqqız çeynəyin: Tüpürcəyi artırmaq, ağız qoxusu ilə mübarizənin ən güclü yollarından biridir. Tüpürcəyi artırmağın ən asan yolu da saqqız çeynəməkdir.

4. Daha çox su için: Xüsusilə yaşla artan bədən quruluğu bir çox istiqamətdən diqqət tələb edən bir vəziyyətdir.

5. Əsla burnunuz tıxalı yatmayın: Burun tıxanmasına səbəb olan digər vəziyyətlər gecələri ağızdan nəfəs almağımıza səbəb olar.

6. Şəkər istehlakını azaldın: Ağ un, ağ şəkər, ilə dadlandırılmış bütün hazır qidalar ağız içindəki bakteriyalar üçün xəzinədir. Bakteriyalar, bu cür şəkərləri istifadə edərək sürətlə çoxalarlar.

7. Loxmaları yaxşı çeynəyin: Loxmaların yaxşı çeynənməsi, yeməklərlə tüpürcək ifrazatının yaxşıca qarışmasını və ağızda yemək qalması ehtimalını azaldar.

8. Pendir və darçın yeyin: Bu həm ağız qoxusunun, həm də çürük meydana gəlməsinin qarşısını alar.

9. Diş sapı istifadə edin: Diş sapı sayəsində fırçanın çıxara bilmədiyi yerlərdəki bakteriya və yemək artıqları çıxar.

10. Siqaret çəkməyin: Siqaret çəkmək ağız quruluğuna səbəb olduğundan ağız qoxusuna səbəb olar. Həmçini diş əti xəstəliklərinə də zəmin hazırlayar.

Bu təkliflərə baxmayaraq ağız qoxusu davam edirsə, bir mütəxəssisə müraciət etmək lazımdır.

Категория: Мои файлы | Добавил: sardar01 | Теги: Ağız qoxusundan qorunmağın 10 üsulu
Просмотров: 408 | Загрузок: 0 | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *: