Həzrət Əli (ə) buyurur: Məzluma kömək və qəmgini şad etmək böyük günahların kəffarələrindəndir.
Həzrət Əli (ə) buyurur: Başqaları üçün pis hesab etdiyin işlərdən uzaqlaşmaq ədəbli olmağın üçün kifayət edər.
Həzrət Məhəmməd (s) buyurur: Günahın kiçikliyinə yox, kimə qarşı günah etdiyinə bax.
Həzrət Məhəmməd (s) buyurur: Allah insana onun xoş xasiyyətinə görə Allah yolunda cihad edənlərin mükafatını verər.
Həzrət Məhəmməd (s) buyurur: Mənim Əhli-beytim Nuhun gəmisi kimidir. Ona minən nicat tapar, ondan üz çevirənsə qərq (həlak) olar.
Həzrət Məhəmməd (s) buyurur: Ya Əli, səni sevib, məhəbbətinə sadiq olan kəsin xoş halına və sənə düşmən olub, haqqında yalan danışan kəsin də vay halına!
İmam Sadiq (ə) buyurur: Oruc tutarkən gözünüz və qulağınız da haramdan qorunmalı, bütün bədən üzvləriniz çirkin işlərdən uzaq olmalıdır.
Həzrət Əli (ə) buyurur: Ən böyük ehtiyacsızlıq qəlbdə arzulara yol verməməkdir.
Həzrət Məhəmməd (s) buyurur: Sədəqə verməklə mal azalmaz.
Həzrət Məhəmməd (s) buyurur: Hər kəs çox yeməyə adət etsə, ürəyi qəsavət bağlayar (daşlaşar).
Həzrət Əli (ə) buyurur: Sizin qiymətiniz yalnız behiştdir, özünüzü ondan ucuzuna satmayın.
Həzrət Məhəmməd (s) buyurur: Allah-təala övladlarınız arasında, hətta onları öpərkən belə ədalətə riayət etməyinizi sevir.
Həzrət Məhəmməd (s) buyurur: Allah-təala yalnız rəhimli bəndələrinə rəhm edər.
Həzrət Məhəmməd (s) buyurur: Allah-təala behişti nə dediyinə və onun haqqında nə deyildiyinə əhəmiyyət verməyən pis danışıqlı adamlara haram etmişdir. Həzrət Məhəmməd (s) buyurur: Sizin ən yaxşınız dünyaya daha rəğbətsiz, axirətə isə daha rəğbətli olanınızdır.
Həzrət Məhəmməd (s) buyurur: Allaha diqqətlə qılınan iki rəkət namaz, Allahdan qəflətdə qılınan min rəkət namazdan üstündür.
Həzrət Məhəmməd (s) buyurur: Dünya mö`minin zindanı, kafirinsə behiştidir.
Həzrət Məhəmməd (s) buyurur: Qardaşın (öz din) qardaşına olan gizli duası rədd ediləsi deyil.
Həzrət Məhəmməd (s) buyurur: O işi ki, istəmirsən camaat səndən görsün, təklikdə də əncam vermə.�
Həzrət Məhəmməd (s) buyurur: Bir şəxs özü üçün istədiyini din qardaşı üçün də istəmədikcə mö`min olmaz.�
Həzrət Məhəmməd (s) buyurur: Kim məsləhətləşsə peşman olmaz və kim də orta həddi gözləsə, yoxsul olmaz.
Həzrət Məhəmməd (s) buyurur: Allah rəhmət etsin o kəsə ki, öz dilini islah edər.
Həzrət Məhəmməd (s) buyurur: Dostlarınızın ən yaxşısı eyblərinizi sizə deyəndir.
Həzrət Məhəmməd (s) buyurur: Qadının cihadı ərinə yaxşı baxmaqdır.
Həzrət Məhəmməd (s) buyurur: Günahdan tövbə odur ki, onu təkrar etməyəsiniz.
Həzrət Məhəmməd (s) buyurur: Bir-birinizə əl verin (görüşün) ki, qəlbinizdən kin xaric olsun.
Həzrət Məhəmməd (s) buyurur: Çox yemək qəlbdə qəsavət (daşürəklilik) yaradır.
Həzrət Məhəmməd (s) buyurur: Paxıl (xəsis) o şəxsdir ki, adım çəkiləndə mənə salavat göndərmir.
Həzrət Məhəmməd (s) buyurur: Varlıların yediyi, fəqirlərin isə məhrum olduğu toy xörəyi necə də pisdir.
Həzrət Məhəmməd (s) buyurur: Sübh tezdən ruzi və hacət dalınca gedin, çünki tezdən durmaq bərəkət və qurtuluşa səbəbdir.
Həzrət Məhəmməd (s) buyurur: Öz sübhünüzü sədəqə verməklə başlayın, çünki bəla sədəqənin üstündən keçə bilmir.
Həzrət Məhəmməd (s) buyurur: Hər kəs Allahdan bir şey istəməsə, Allah ona qəzəblənər.
Həzrət Məhəmməd (s) buyurur: İsrafın bir növü də ürəyin istədiyi hər bir şeyi yeməkdir.
Həzrət Məhəmməd (s) buyurur: Allah-təala boş söz-söhbətləri sizə qadağan etdi.
Həzrət Məhəmməd (s) buyurur: Allah-təala, bəndəsinin Ona tərəf uzadılmış əlini geri qaytarmaqdan və onu ümidsiz qoymaqdan həya edər.
Həzrət Məhəmməd (s) buyurur: Allah-təala duada israr edənləri sevər.
Həzrət Məhəmməd (s) buyurur: Allah-təala bütün danışanların dilinə nəzarətçidir. Bəndə Allahdan qorxmalı və nə danışdığına fikir verməlidir.
Həzrət Məhəmməd (s) buyurur: Sədəqə var-dövləti artırar.
Həzrət Məhəmməd (s) buyurur: Az günah etsən, ölüm sənə asan olar.
|