Приветствую Вас, Гость! Регистрация RSS

KlassStyle welcome!

Воскресенье, 19.05.2024
Главная » 2013 » Декабрь » 30 » Elm və mədəniyyət İslamda!
20:29
Elm və mədəniyyət İslamda!

Elm və mədəniyyət elə bir sərvətdir ki, heç bir qüdrət və dövlət bunlarla rəqabətə girə bilməz. İnsan heç vaxt həyatında elmsiz və mədəniyyətsiz keçinə bilməz. Elə bir insan tapılmaz ki, elmin cəhalətdən üstünlüyü dərk etməmiş, elm və fəzilət sahiblərinə ehtiram bəsləməmiş olsun.
Allah-təala öz kəlamında bilən və bilməyən arasındakı fərqi diri və 
ölü, yaxud görən və kor arasındakı fərqlə müqayisə edir. İslamda elmə və mədəniyyətə
verilən əhəmiyyət və dəyər başqa dini təlimlərdə və mədəniyyətlərdə müşahidə edilmir. Peyğəmbəri-əkrəm (s) elmi insanlığın ziynəti hesab etmiş və belə söyləmişdir:
”Hər bir müsəlman üçün elm öyrənmək vacibdir” Başqa yerdə sevimli Peyğəmbərimiz belə buyurub:”Elmi beşikdən qəbrədək öyrənin.Əgər elm dünyanın o
biri başında olsa da, onun ardınca gedin ”İslam xəsislik və acgözlüyü, nadanlıq və cahilliyi
rədd etdiyi kimi, elm və düşüncəni pərdələməyi də haram buyurmuşdur.
Cahillikdən elmə çıxış bir növ zülmətdən işığa çıxış deməkdir.

Просмотров: 394 | Добавил: sardar01 | Теги: Elm və mədəniyyət İslamda! | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *: